KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Atalarımızın kılınc hakkıyla kazandığı topraklara yine adaleti Türkiye getirecek.

Atalarımızın kılınc hakkıyla kazandığı topraklara yine adaleti Türkiye getirecek.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
298 0


Yüzillər boyunca 3 qitədə 7 dənizdə hökmranlıq eləyən bir cahan imperatorluğunun Divani-humayununda alınan qərarlar dünyanın önəmli bir qismində tətbiq edilərək haqq-ədaləti, sülhü təmin etmiş, dilindən, dinindən asılı olmayaraq bir çox xalqları öz çatırdı altında birləşdirmişdir. Hər zaman cihangirliyi qədər ədaləti ilə də seçilən Osmanlı sultanlarının müdrik sədrəzəmləri, kubbe vezirleri olmuş, bu, Osmanlı dövlətçilik ənənəsinin mühüm, ayrılmaz hissəsi olmuşdur. Onların bir çoxu Osmanlı dövlətinə və sultanlarına sədaqətlə xidmət etmiş, hökmdarları ilə çiyin-çiyinə həm hərb meydanında, həm diplomatiya meydanında birgə dövlətinin maraqlarını müdafiə etmiş, parlaq qələbələr qazanmışlar. Avropa tarixçiləri Osmanlı dövlətinin tarixindən yazarkən adil hökmdar, müdrik sədrəzəmləri, kubbe vezirleri haqqında da yazmadan keçə bilməmişdir. Çünki özlərində bunun o qədər az örnəyi vardır ki, Osmanlının bu mükəmməl siyasi sisteminə və mənəviyyat, sadiqlik üzərində qurulmuş hünkar-sədrəzəm münasibətlərinə heyranlıqlarını gizlədə bilməmişlər. Avropada hünkar-sədrəzəm münasibətlərinə deyərkən həmən ağıla entrika, saray çəkişmələri, xarici ölkələrlə gizli anlaşmalar gəlir. Buna örnəklər çoxdur. İlk ağla gələn Napoleonun xarici naziri, imperator Aleksandrla gizli anlaşma yapıb Fransanı satan hiyləgər Taleyran, Avropada dini savaşları qızışdıran “boz kardinal” ləqəbli Rişelye olur. Osmanlı dövlətçilik ənənəsi isə bu zaman Avropadan daha çox mütərəqqi idi. Məzhəb savaşlarından başları açılan kimi dünyanı sömürməyə çalışan Avropadan fərqli olaraq Osmanlıda hünkar və sədrəzəmlərin münasibəti islam ideologiyası, dövlətə və hünkara sədaqət, Allahın əmanət etdiyi hakimiyyətdən dilindən, dinindən asılı olmayaraq bütün təbəələrə ədalətli davranmaq prinsipləri üzərində qurulmuşdu. 720 ildir ki, davam edən bu dövlətçilik ənənəsi bu gün də AKP iqtidarının fəaliyyətində özünü göstərir. Sayın Ərdoğanın rəhbərliyində onun yaxın silahdaşları, nazirləri sədaqətlə dövlətinə prezidentə xidmət edirlər. Ölkənin öz tarixinin ən çətin dövrlərindən birini – ikinci Qurtuluş savaşını yaşadığı dövrdə əlbəttə ki, xarici işlər nazirinin üzərinə böyük məsuliyyət düşür. Amma zaman və məkan Uca Türk xalqı üçün çətin şərait doğurduğu kimi xilaskar liderini də göndərməyi unutmayıb. Ərdoğan kimi bir prezidentin ən sadiq insanlarından biri isə xarici işlər naziri, böyük diplomat Mevlut bəydir. Sayın Ərdoğanın haqlı olaraq “Dünya 5-dən böyükdür” deyərək tənqid etdiyi BMT sistemini quran, bugünkü dünya nizamını nüvə silahına güvənərək haqq-ədalətlə, qanunla deyil, güc yolu ilə yenidən qurmaq istəyən dövlətlərin qarşısında duran Ərdoğanın silahdaşı, arkadaşı Çavuşoğlu Afrindəki kürd, ərəb insanı qədər, Qüds və Arakandakı insanların da haqqı uğrunda BMT tribunasından çağırışlar etdiyi kimi, Qarabağın Azərbaycana aid olmasını Avropa Konseyi Parlamentar Məclis başkanı olduğu zamanda da burada alt komisyon qurmaqla dəstəyini göstərdi. Harada olmasından asılı olmayaraq, bir türk, müsəlman olmasını unutmayan, onu siyasətin mənəviyyat güzgüsü çevirən belə bir xarici işlər naziri öz başkanına və dövlətinə sədaqətlə olduğundandır ki, dünya Türkiyənin qarşısında geri çəkilir. Babaların qılınc hakkıyla aldığı torpaqlarda Türkiyəyə tuzak quranlar isə artıq məğlub olmuşlar.
Nezaket Memmedova

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir