KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Astanada Suriya ilə bağlı müzakirələrinin ilkin nəticələrini müsbət qiymətləndirirəm

Astanada Suriya ilə bağlı müzakirələrinin ilkin nəticələrini müsbət qiymətləndirirəm

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
385 0

Astanada Suriya ilə bağlı müzakirələrinin ilkin nəticələrini müsbət qiymətləndirirəm. Bəli, münaqişənin nizanlanmasıyla bağlı konkret sənəd imzalanmadı. Ancaq belə bir sənədin imzalanması heç əvvəl də gözlənilmirdi. Yüzminlərin ölümünə səbəb olan Suriyadakı müharibə o dərəcədə dərin köklərə malikdir ki, onu bir danışıqla yoluna qoymaq çətindir. Həm də Suriyada iki müharibə gedir. Birinci müharibə terrorçularla qarşıdır və burda hamı, o cümlədən xarici oyunçular iştirak edir. İkinci isə vətəndaş müharibəsidir ki, hakim rejimlə silahlı müxalifət arasında cərəyan edir.

Astana görüşünün uğuru ondadır ki, rejim silahlı müxalifətlə dialoqunu davam etdirir, atəşkəsə riayət olunmasıyla bağlı ümumi rəy var və hər iki tərəf Rusiya, Türkiyə və İranın vasitəçiliyini qəbul edirlər. Əsas məqsəd bütün bu güclərin DAİŞ və Əl-Nüsrə kimi terrorçu qruplaşmalara qarşı ümumi savaşını davam etdirməkdir. Daha sonra isə Suriyanın dövlət quruluşu, koalisyon hökumət və yeni seçkilər ətrafında müzakirələr aparıla bilər. Sadəcə, əsas sual budur ki, Donald Tramp administrasiyası bu prosesdə hansı rolu oynayacaq, Tehran Vaşinqton vasitəçilər sırasına qatılmasına əngəl olmayacaq kı, və ya əksinə yeni Ağ Ev administrasiyası İranın iştirak etdiyi vasitəçilik formatında yer alacaqmı? Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir