KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. ASALA Sarkisyana qarşı

ASALA Sarkisyana qarşı

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
338 0

ASALA Sarkisyana qarşı  Erməni terror təşkilatı ASALA-nın üzvü olmuş Akop Djulfayan Ermənistanda polisin insanlara zülm etdiyini deyib.

Admiral.Az Ermənistan mediasına istinadən xəbər verir ki, ASALA üzvü İrəvanda keçirilən aksiyalara polisin müdaxiləsindən danışaraq, Serj Sarkisyana qarşı çıxıb.

O, 1981-ci il 24 sentyabr tarixində Türkiyənin Parisdəki konsulluğuna terror hücumu etdikləri zaman yaşadıqları ilə hazırda Ermənistanda baş verənləri müqayisə edib.

“Biz Parisdə türk konsulluğunu tutanda ermənilər bizə dəstək verdi. Lakin Parisdə polislər bizimlə pis davranmadılar. Bu gün isə erməni polisi camaatı həbs edir, qızları, qadınları, uşaqları maşına doldurub aparır”, – deyə terrorçu bildirib.

ASALA üzvü daha sonra “ərazi güzəştinə hüququmuz yoxdur” sözləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə və işğal altındakı Azərbaycan ərazilərinin bir hissəsinin qaytarılması məsələsinə işarə vurub.

Qeyd edək ki, ASALA beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı olaraq tanınır. Hazırda rəsmi şəkildə bu təşkilatın fəaliyyət göstərmədiyi bildirilir. Lakin onun üzvü olmuş terrorçular Ermənistanda qəhrəman kimi qəbul olunurlar.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir