Hazar’ın Sultanı Mihriban Paşa!

“Muharrem”-“Recep” qovğası – Türk seçicisi iki seçim arasında

Civil service system in Azerbaijan

Հեղափոխություններից հետո կալանավորումներից հնարավոր չէ խուսափել

Artıq qafaları dəyişməyin vaxtı deyil mi?!

Azerbaycan, Gündem 29 Mayıs 2018
30

Məsələn, sən qalx dövlətin düzənini pozmağa cəhd göstər, onu – bunun ondan və bundan aldığı pullarla törətməyə çalışdığı iğtişaşlarda iştirak et,haqlı olaraq həbs olun və həbsdən çıxandan sonra niyəsə. hansı səbəblərdənsə ölkədə qalmağa üzün olmasın, gəl Türkiyəyə, burda beş – üç nəfər gəncin beynini ələ al və darmacalda da başla ki, qardaşım, mən Azərbaycanda həbsdə olmuşam, orda demokratiya yoxdur. Soruşsan, dərinə getsən o, nə üçün həmin mitinqlərdə iştirak etdiyini, kimlərin maşası, aləti olduğunu da bilmir. Bildiyi bircə şey var: ölkəsinə “abijni”dir, anlamır ki, ölkəyə qarşı “abijni” olması heç nəyi dəyişdirmir və başdan sona kimi yanlışdır, bütün hallarda onu xərcləyənlərə və bir kənara atanlara yönəlməlidir bu qəzəb. Və dünən bizlər durub deyəndə ki, bu 100 illiyin bu cür geniş qeyd olunması məhz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyinin, sevgisinin və dərin hörmətinin bariz nümunəsidir, adam etiraz edir. Etirazi da illərdir radikal müxalifətin ortaya atdığı və israrla müdafiə etdiyi gülünc arqumenrtlər. O arqumentlər ki, hətta mənim kimi siyasətlə hələ içli – dışlı olmayan birisi üçün belə onları yerlə – yeksan etmək iki – üç dəqiqəlik işdir. Və dalınca da deyir ki, sizin bütün düşüncelerinizə hörmətlə yanaşıram, amma bu gün Ulu Öndər Heydər Əliyevin və İlham Əliyevin adını çəkməyin. Niyə də, ay qardaşım?! Adamların beyninə o qədər güclü informasiya axını daxil olub ki, anlaya da bilmirlər Azərbaycan tarixində, özəlliklə də yaxın tarixində baş verən hadisələrə lokal, məhəlli məntiqlə baxmağın qeyri – mümkünlüyünü.Əgər dostlarımız hadisələrə o zamanın məntiqi ilə baxsalar görəcəklər ki, Azərbaycan parçalanmz həddinə gəlib çıxmışdı və ölkəni dağılma prosesindən də, siz qəbul etsəniz də, etməsəniz də, Heydər Əliyev xilas elədi və o dönəmdə indi sizin haqqında belə danışılmasını istəmədiyiniz Heydər Əliyev hakimiyyətə gəlməmiş olsaydı, indi siz belə rahat bir şəkildə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyini qutlaya bilməyəcəkdiniz… Özü də Ankarada…
Özəlliklə, Türkiyədə yaşamağa başlayandan sonra bir şeyin fərqinə vardım: Azərbaycan diasporu çox təəssüf ki, geniş mənada Azərbaycan dövlətinin səsi deyil, Dərnəklər və federasiyalar ayrı – ayrılıqda fəaliyyət, hətta çox gözəl fəaliyyət göstərsələr belə, bəzi ümdə məsələlərdə, ələxsus bu gün Tüürkiyədə təhsil alan tələbələrimizlə iş sahəsində olduqca passivdilər və gənclər dövlət və iqtdarı ayırd edə bilməyən, Məhəmməd Əmin Rəsulzadənin anma törənində partiya sempatizanlığı edəcək qədər fiyaskoya uğramış dərnək, qrup və şəxslərin təsirinə düşür və düşməkdədir. Hər şeyi qara göstərmək üçün əldə gedən bu qaragüruhun gəncləri ələ almasına qarşı fəaliyyət planı olmalıdır ilk növbədə. Gənclər bu gün aktiv şəkildə sosial mediadan istifadə edirlər: onlara yönəlik və eyni zamanda Türkiyəli qardaşlarımızın Azərbaycandakı doğru – düzgün informasiya əldə etmələrinə şərait yaradacaq informasiya resurslarımız yox kimi bir şeydir. Ona görə Türkiyə cəmiyyəti də bu “obijnik”lərin yazdıqları sərsəmləmələrə dərhal inanırlar.
Əslində bu barədə çox yazmaq olar və yazmağı da düşünürəm. Bu arada onu da demədən keçə bilməyəcəyəm: dünən Ankarada elə M.Ə.Rəsulzadənin özünün qurmuş olduğu Azərbaycan Kültür Dərnəyinin AXC – nin 100 illiyini hansısa balaca bir salonda keçirməsi ürəyimi ağrıtdı və məni düşünməyə vadar etdi: artıq qafaları dəyişməyin vaxtı deyil mi?!
Oktay Hacimusali Musayev

Yorumlar