KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Karabağda durum və ictimai şərtlər Ermənistana nisbətən daha ağırdır

Karabağda durum və ictimai şərtlər Ermənistana nisbətən daha ağırdır

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
302 0

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, Ermənistanda Nikol Paşinyan küçə mitinqləri ilə iqtidara gəldiyi üçün bütün diqqətlər bundan sonra inkişaf edəcək küçə hərəkətlərinə cəmlənəcək: “N. Paşinyan erkən seçki qərarı alana qədər tez-tez iqtidardan, dövlətdən istəklərini ala bilməyən kütlələrin küçə nümayişlərinə şahid olacağıq. Paşinyan iqtidarına baxmayaraq, İrəvandan “Qarabağ klanı”nın olduqca təsirli olması bir mənada Paşinyanın əlini-qolunu bağlamaqdadır. Xankəndində meydana gələn bu hadisələr əslində, bir ilk deyil, daha əvvələr də buna bənzər küçə nümayişləri oldu.
Qarabağda durum və ictimai şərtlər Ermənistana nisbətən daha ağırdır və burada yaşayanlar artıq ağır iqtisadi şərtlər altında yaşamaq istəmir. Küçə nümayişləri hazırda Bako Saakyan rəhbərliyinə qarşı kimi görünsə də əslində, Paşinyanı zəiflədir. Çünki küçə nümayişləri ilə iqtidara gəlindiyindən davamlı olaraq küçənin səsinə qulaq verən bir rəhbər müvəffəqiyyətli ola bilməz. Qarabağdakı hadisələri əvvəlcə Qarabağ separatçı rəhbərliyə, sonra Paşinyana, ən əhəmiyyətlisi isə dünyanın diqqətini çəkməyə istiqamətlənən bir hərəkat kim görmək lazımdır. Paşinyan isə İrəvandan başladığı iqtidar dəyişməsini Qarabağ üçün də reallaşdırmaq istəyəcək. Küçə nümayişlərini irəli sürərək Bako Saakyan qrupunu da ləğv etmənin yollarını axtaracaq. İdarə edilən küçə nümayişləri idarədən çıxarsa, böyük güclər Ermənistanda iqtidar dəyişikliyini gözləməlidirlər”.
Politoloq əlavə etdi ki, Azərbaycan ərazilərin azad olunması ilə əlaqədar diplomatiyanı hərəkətə keçirməlidir: “Naxçıvandakı toqquşmaların yaxın zamanda Qarabağda başlaması mümkün görünür. Ancaq hazırda səssizlik və diplomatiya öndə olmalıdır”.
Mübariz BAYRAMOV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir