SƏRKİSYAN “QARABAĞ KARTIN”DAN İSTİFADƏ EDİR

Suudi Arabistan’da darbe!

Rus uzman: Altınlarını ABD’den getiren Türkiye demek ki S-400 füzesini kesin alacak!

Rus milletvekili: Erdoğan S-400 konusunda ABD’nin baskısına boyun eğmeyecek

ABŞ Türkiyə müttəfiqliyi korlana bilər…

Gündem, Türkiye 12 Ekim 2016
444

ABŞ prezidentliyinə namizəd xanım Hillari Klintonun Suriyada PYD və YPG silahlandırmasını qeyd etməsi və Suriyada kürdləri yaxın müttəfiq adlandırması,ABŞ-ın Yaxın Şərqdə artıq Türkiyə ilə müttəfiqliyinə son verməsi anlamına gəlir.ABŞ Türkiyənin israrlı tələblərinə baxmayaraq hazırda Suriyada terrorçu PKK-nın Suriyada qolu olan PYD və YPG lojistik dəstək verərək,Kobanidə hərbi baza yaratması,deməyə əsas verir ki,Yaxın Şərqdə Türkiyəsiz hərəkət edəcəkdir.Türkiyənin Şimali Suriyaya hərbi müdaxiləsi hələlik,ABŞ -ın kürd muxtariyyətinin yaratmasını əngəlləyib.Həmçinin,Suriyada Rusiya iləTürkiyənin müəyyən razılaşması kürdlərin bu arzusun reallaşdırmasına bir əngəl olubdur.ABŞ kürdləri silahlandırmaqla,muxtariyyətə gedəcək siyasət aparmaqdadır.
Qeyd edim ki,Klinton prezident seçilərsə,Suriyayada xüsusilə Yaxın Şərqdə vəziyyət gərginləşəcək.Əsədi devirəcək və Suriyada kürd muxtariyyəti elan etməklə,Türkiyə ilə əlaqləri korlayacaq.Türkiyə-Rusiya yaxınlaşması,ABŞ-ın Suriyada Türkiyə əleyhinə açıq siyasət aparması ilə nəticələnəcək.Artıq,ABŞ və Türkiyə müttəfiqliyində soyuq münasibətlər yaşanmaqdadır.Klinton ABŞ Türkiyə müttəfiqliyinə son verecək.Klintonun kürdlər barədə açıqlaması,regionda daha da ciddi təhlükəsizlik problemlərinə yol açmaqdadır.Əgər Klinton belə açıqlaması,ABŞ-da kürd lobbilərin səsini almaq üçün edirsə,amma ABŞ-da kürd lobbiləri demək olar yoxdur.Demək,Klintonun bu,açıqlaması,ABŞ-ın yaxın perspektivdə kürdlərlə Yaxın Şərqdə öz strategiyasını davam etdirəcək.Klintonun prezidentliyi Mərkəzi Asiyada da sabitsizliyə yol açacaq.İŞİD hazırda Tacikistanla Əfqanistan sərhəddində cəmləşib.Rusiyanı Yaxın Şərdən çıxartmaq üçün problemləri Mərkəzi Asiyaya daşıyacaq.Yeni münaqişə ocaqları artmaqda davam edəcək. Muhammed Asadıllazade

Yorumlar