İsrail’in eski bakanı İran ajanı suçuyla yakalandı

Çin’in Türkiye, ABD’nin Rusya sevdası

Քրիստինե Ասատրյան. «Հասկացել եմ, որ լեգիտիմ կառավարության մաս լինելը խնդիր չէ»

Portekiz’in Yahudi açılımı ve Türkiye Yahudilerini Portekiz’e kim gönderiyor!

ABŞ Səudiyyə və Qətər konfliktinə son verəcək

Gündem 6 Haziran 2017
377

Səudiyyə Ərəbistanında ABŞ -ın iştirakı ilə İrana qarşı ərəb ölkələrinin koalisiyasına cavab olaraq, İran Qətəri öz siyasi orbitinə daxil etməyə cəh edir. Görünən odur ki, Səudiyyə Ərəbistanı ətrafında həlqə formalaşdıran İran, Qətərlə siyasi əlaqələri gizli şəkildə davam etdirirmiş. Bundan əlavə Səudiyyə Ərəbistanının regiona liderliyi Qətəri narahat edən əsas amillərdən biri olub. Qeyd edim ki, ABŞ-ın regionda ən böyük hərbi bazası məhz Qətərdə yerləşir.
Rəsmi Doha və Ər-Riyad birbirlərini terrorçu təşkilatlara dəstək verməkdə iddiham edirlər. Ümumi götürdükdə isə, hər iki ölkə teror təşkilatları olan İŞİD və Əl -Qaidanın radikal vəhhabiliyin maliyyə və ideoloji mərkəzidir. İki ölkənin geosiyasi maraqlarınnın toqquşması, diplomatik krizə səbəb olub. Səudiyyə Ərəbistanından maliyyə cəhətdən asılı olan bəzi ərəb ölkələri Səudiyyə Ərəbistanını dəstəkləyərək, rəsmi Doha ilə diplomatik əlaqələri kəsdilər. Fars körfəzində yaşanan diplomatik skandalda İranın rolu birmənalı görsənir. Təbii ki, regionda əsas təsir gücünə malik olan ABŞ bu krizə müdaxilə edib, problemə son qoyacaq. ABŞ dövlət katibi Tillersonun bununla bağlı regiona səfər də edə bilər. Bu diplomatik skandal müvəqqəti xarakter daşıyır. Çünki, buradakı ölkələr müstəqil siyasətə malik deyillər. ABŞ bütün məsələləri yoluna qoyacaq. Qətərin Yəməndə “Husi” və digər regionda İrana bağlı silahlı qrupları dəstəkləməsi isə reallıqdan uzaqdır.
Muhammed Asadullazade

Yorumlar