Rusya: ABD, Türkiye ile askeri teknik işbirliğimizden vazgeçtirtmeye çalışıyor

Afganistan Türklüğü ve Türk Dünyasının Büyük İmtihanı

Rusya’nın anadil dersleri politikası faciası

ABD heyeti, Ankara’da İran yaptırımlarını görüştü

ABŞ-IN KÜRDLƏRLƏ MÜNASİBƏTİ NECƏ OLACAQ?

Gündem 27 Kasım 2017
131

Ötən həftə ABŞ prezidenti Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərqdə müxalifət adlandırılan qruplara silah göndərilməsinə dair məxfi proqramının dayandırıldığını bildirib. Bəs bundan sonra ABŞ və kürdlər arasında münasibətlər hansı istiqamətə dəyişəcək?! Bu haqda TİA.AZ-a politoloq Nəzakət Məmmədova açıqlama verdi: “ABŞ-dan silah və maliyyə yardımı alan əsas təşkilatlardan biri də Türkiyənin haqlı olaraq terrorçu hesab etdiyi PYD/YPG-dir. Bu təşkilat Türkiyə ərazisində dəfələrlə terror aktları törədib, eyni zamanda onun Suriyadakı terror metodlarına əsaslanan separatçı fəaliyyəti Suriyanın bölünməsinə, burada kürd dövləti yaradılmasına və gələcəkdə Türkiyənin ərazi bütövlüyünə təhdid yaranmasına yönəlib. Əslində Türkiyə ilə ABŞ arasında S-400, Rusiya a ilə yaxınlaşmadan daha əvvəl ilk fikir ayrılığına yaradan məsələlərdən biri məhz ABŞ-ın və bəzi digər NATO müttəfiqlərinin PYD/YPG-yə yardım etməsi idi.Əslində Türkiyə ilə ABŞ arasında S-400, Rusiya ilə yaxınlaşmadan daha əvvəl ilk fikir ayrılığı yaradan məsələlərdən biri məhz ABŞ-ın və bəzi digər NATO müttəfiqlərinin PYD/YPG-yə yardım etməsi idi.Görünür, artıq ABŞ Rusiyanın təşəbbüsü ilə Suriya Xalqlarının Konqresi adlı tədbirdə bu ölkənin gələcəyinin müəyyən olunması ərəfəsində Türkiyə ilə onsuz da pisləşmiş münasibətləri daha da gərginləşdirmək istəmir, eyni zamanda artıq proseslərin silahlı qarşıdurma mərhələsi başa çatdığından PYD/YPG-yə silah göndərilmə mərhələsini başa çatmış hesab edir.

İndi artıq Suriyanın gələcəyində hansı qüvvələrin iştirak edib-etməyəcəyi məsələsi əsas müzakirə obyektidir.Buna qərar verən əsas ölkələr isə Soçi sammitinin iştirakçılarıdır. Rusiya, Türkiyə və İran PYD/YPG-nin Suriya Xalqlarının Milli Konqresində iştirak edib-etməyəcəyi məsələsində razılığa gəlməlidirlər.Onunda qeyd edim ki, Türkiyə XİN rəhbəri Çavuşoğlunun sözlərinə görə, İran da Türkiyə kimi PYD/YPG-nin iştirakına qarşı çıxan ölkələrdəndir. Çünki İran da onun ABŞ tərəfindən dəstəkləndiyini, Suriyanı bölmək istədiyini, orada yaranacaq kürd dövlətinin gələcəkdə İrana qarşı da təhdid olacağını bilir.”
NÜŞABƏ
TİA.AZ

Yorumlar