KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABDnin Rusya ambargosunda ən çox “Qazprom” şirkəti zarar görecek

ABDnin Rusya ambargosunda ən çox “Qazprom” şirkəti zarar görecek

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
294 0

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan ən çox “Qazprom” şirkəti ziyan çəkəcək. Birincisi, ona görə ki, Rusiyanın ən böyük vergi ödəyicisi olan “Qazprom” nəhəng layihələrini həm də xarici maliyyə qurumlarından götürdüyü milyardlar hesabına reallaşdırır. Şirkətin həmin milyardlara yolu tədricən bağlanacaq. Ikincisi, ABŞ-ın Rusiyaya qarşı sərtləşdirdiyi sanksiyaların bir məqsədi də Avropanı Rusiyanın qaz asılılığından azaltmaq və özünün sıxılmış qazını köhnə qitəyə satmaqdır. Rusiyanın Avropaya qaz ixracatçısı isə ”Qazprom” şirkətidir. Demək Rusiyaya qarşı sanksiya elə ”Qazprom”a qarşı sanksiya deməkdir.

Ermənistan tamamən “Qazprom” şirkətinin idxalından asılıdır. “Qazprom” isə Amerikanın sanksiyaları ucbatından siyasi səbəblərdən Ermənistana ucuz satdığı qazın qiymətini qaldırmaq məcburiyyətində qalacaq. Amerikanın Rusiyaya qarşı sanksiyalarının sərtəşdirməsinin Azərbaycana da müəyyən təsirləri mümkündür. Birincisi, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdiyindən orada çalışan azərbaycanlıların vətənlərindəki qohumlarına göndərdikləri maliyyə azalacaq. Ikincisi, kənd təssərrüfatı mallarımızın Rusiyaya ixracatında problemlərin sayı artacaq. Odur ki, iqtisadiyyatımızın inkişafına və ixrac bazarlarının sürətlə diversifikasiyasına, o cümlədən Rusiya bazarından asılılığımızın azalmasına nail olmalıyıq. Məsələnin siyasi tərəfi də var. Rusiya bazarlarından asılılığımızın azaldılması Moskvanın Azərbaycana siyasi təsir imkanlarını da azaltmağa şərait yaradacaq ki, bu da bizim üçün təhlükəsizlik baxımından vacibdir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir