KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Aərbaycanda ərəb adı ilə tanınan kəndlərin əhalisi türkmandırlar

Aərbaycanda ərəb adı ilə tanınan kəndlərin əhalisi türkmandırlar

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
464 0

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri professor Fərid Ələkbərlinin ” Ərəblərin Azərbaycanda izi ” məqaləsini gözdən keşirtdim.Hörmətli alimin fikirlərinə və düşüncələrinə hörmətlə yanaşsam da onun Azərbaycanda ərəb adlı yaşayış məntəqələrində yaşayan insanların ərəb kökənli olması qənaətini yanlış hesab edirəm.Fərid Ələkbərli bu məntəqələrdə yaşayan vətəndaşlarımızın bir qisminin ərəbcə bildiyini və qalanlarının da assimilyasiya olunaraq türkləşdiyini qeyd edir.Əvvəla tam əminliklə deyirəm ki, Azərbaycanda yaşayan bütün qeyri türk xalqlar isitisnasız olaraq öz doğma dillərində danışırlar.Hətta ən az saylı xalqlar da öz ana dillərini unutmamışlar.Həmim məntəqələrdə yaşayan vətəndaşlarımızın nə indi nə də keçmişlərdə ərəb dilində danışdıqları barədə heç bir tarixi fakt ,yazılı mənbə və ya digər sübutlar yoxdur.Ölkəmizdə yaşayan az saylı xalqlarımızın öz ana dilində danışmaqları türklərin nə qədər tolerant və başqa xalqların dil və mədəniyyətinə diqqətlə yanaşmasının nəticəsi kimi dəyərləndirmək olar.lakin məntiq deyilən bir məhfum var.Sayca çox az olan xalqlarımızın dillərinin qorunub saxlanması üçün köməkçi vasitələrin olmadığı sovet dövründə bu dillərin assimilyasiya olması üçün hər bir şəraitin olduğu halda onlar öz dillərini qoruyub saxlaya bilmişlər.Yəni ana dilində okul,ədəbiyyat,dərnək,mətbuatın olmadığı halda xalqlar öz dilini qoruyub saxlaya biliblər.Avar,qırız.caxur,ingiloy,udin dilləri də bu qəbildəndir.Sayca daha çox olan ləzgi və talışları nümunə göstərməməyimin səbəbi isə adı çəkilən xalqların qonşu ölkələrdə dövləti olan soydaşlarının olması səbəbidir.Belə olan halda ləzgilərin Dağıstanla ,talışların isə İranla əlaqələri dillərini qoruyub saxlaya bilməsi əsas yardımçı faktor kimi qeyd oluna bilər.İndi isə ərəb hesab etdiyiniz vətəndaşlarımızın dillərini unutması iddiasına keçək.Məlumdur ki,ərəb xalqı dünyanın ən böyük və möhtəşəm xalqlarındandır.Çox uzun zaman kəsiyində bu xalq dünyada dominant bir millət olaraq mövcud olmuşlar.Böyük xilafətlər yaratmış bir millətin nümayəndələrin öz ana dilini belə asanlıqla itiməsi məntiqlə mümkün deyildir.Əvvəla ona görə ki, ərəb dili keçmişimizdə həm də indi məişətimizdə geniş istifadə olunur.Müsəlman olmağımız səbəbindən hər birimizin evində ərəb dilində yazılmış Qurani Kərimin olması,bütün dini ayinlərimizin ,evlilikdən tutmuş yas mərasimlərimizə qədər bütün tədbirlərin bu günkü günümüzdə də ərəbcə aparılması çox tutarlı səbəbdir ki, soy kökü ərəb olan və toplum şəkilində yaşayan xalq dilini qoruyub saxlasın.Ərəb dilinin Şirvanda hakim olduğu zamanlarda türk şairlərin ərəb dilində şeirlər və fəlsəfi kitablar yazdıqları halda bu şairlərin heç birinin ərəb kökənli olması faktı yoxdur.Bu gün isə ədəbi dilimizdə ərəb dilinin çox böyük faizlə yer aldığı faktdır.Yazdığım bu məqalənin sonucu cümləsini təhlil etsək 13 ərəb mənçəli sözün olduğunu görərik.Ona görə də ərəblərin dilinin itməsi iddiasının heç bir elmi və məntiqi əsası yoxdur.Ərəb adlanan yaşayış məntəqələrində yaşayan xalqlar öz bə öz türkdürlər.Onların ləhcələrində fərqli boğazların olmasının səbəbi isə türkman olmalarıdır.Suriya və İraqda yaşayan türkmanların bir qismi Osmanlı imperiyasının zəifələməsi səbəbindən türklərin daha sıx yaşadıqları və daha təhlükəsiz yerlərə köç etmişlər.Şirvanşahlar hakimiyyəti illərində bu torpaqlarda əmin-amanlığın təmin olunması Suriya türkmanlarının bu yerlərə pənah gətirməsi ilə nəticələnib. Vasif Efendi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir