KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Ruhaninin qələbəsi gözlənilən idi

Ruhaninin qələbəsi gözlənilən idi

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
434 0

Iranda prezident seçkisində hazırki dövlət başçısı Həsən Ruhaninin qələbəsi gözlənilən idi. Doğrudur, son günlər mühafizəkarların əsas namizədi İbrahim Rəisiyə dəstək verənlərin sayı artmışdı. Hətta namizədlərdən biri – Tehranın meri Məhəmməd Qalibafın Rəisinin xeyrinə hamizədliyini geri götürməsi Rəisin potensial seçicilərinin sayını artırdı. Buna baxmayaraq, İran əhalisinin əksər hissəsin Həsən Ruhaniyə səs verdi. Bunun bir neçə səbəbi var. Birincisi, İranda İslam İnqilabından bu yana prezidentlər ikinci müddətə də dövlət başçısı seçiliblər, istisna yoxdur. İkincisi, İranın ali dini lideri Seyid Əli Xaməneyinin Həsən Ruhani ilə münaqişəsi yoxdur, bu isə prezident seçilmək üçün başlıca amildir, digər tərəfdən mühafizəkar dairələr liberal sayılan hazırki dövlət başçısının Qərblə yaxınlaşma və beləcə sanksiyalardan qurtulma siyasətinə gizli dəstək verirlər. Üçüncüsü, İranda iqtisadiyyat və sosial durum ağır vəziyyətdə olsa da, işsizlərin sayı artsa da, İran gəncliyi dünyaya açılmaq istəyir. İranda isə əhalinin üçdə bir hissəsi gənclərdir və onların əksəriyyəti indiki siyasətin davam etdirilməsini istəyirlər.
Ancaq əgər Həsən Ruhani ikinci prezidentlik müddətində iqtisadiyyatda və sosial həyatda dəyişikliklər etməyə resursları çatmasa, Qərbin investisiyalarını ölkəyə cəlb edə bilməsə, sonrakı mərhələdə mühafizəkarlar yenə də hakimiyyətə gələcək, bu isə yenidən Qərblə qarşıdurmaya gətirib çıxaracaq. Onsuz da indinin özündə ABŞ prezidenti Donald Tramp İranı təcrid etmək yolları haqqında düşünür, elə Səudiyyə Ərəbistanına bu gün başlayan səfərində də əsas müzakirə predmetləridən biri İranın təcrid edilməsi olacaq. Ağ Evin sanksiya qorxusundan Amerikanın və Avropanın iri şirkətləri İrana investisiya yatırmır. Qərbin investisiyalarını və yeni texnologiyalarını ədlə etmədən isə Ruhani iqtisadiyyatda dönüş yarada bilməyəcək.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir