Vizyon

Putin’in ABD karşıtı bloku Kahire Şam Ankara ekseninde oluşuyor!

Սերժ Սարգսյանը հայտարարեց Վիգեն Սարգսյանի ժամկետը

Putinin Azərbaycana qarşı təzyiqləri..

Kore Basını : Kore Savaşındaki Gerçek Hikaye’nin Sahibi Cesur Türk Askeri’nin Son Yolculuğu

25 il əvvəlin 20 noyabrı – müharibə başlayan gün

Azerbaycan 20 Kasım 2016
341

Bazar günü səhər evdən çıxıb işə gələndə havada sazaq vardı. Biz tərəfdə belə olanda deyirlər ki, dağlara qar yağıb, soyuğu bura vurur. Yadıma düşdü ki, bu gün noyabrın 20-dir, “Qarakənd” olaylarının ildönümü. 25 il keçir o günlərdən. Əslində onda hər şey yeni başlayırdı, biz fərqində deyildik. Böyük müharibənin astanasındaydıq.

Bəzi siyasətçilər deyir ki, 25 il, hətta 50 il belə, böyük tarix üçün kiçik rəqəmdir. Amma baxanda görürsən ki, əslində elə deyil, 25 il çox böyük bir tarixi mərhələdir. Son 25 ildə biz çox böyük tarixi hadisələri yaşadıq.

25 il qabaq bu günkü gün uşaqlıqla yeniyetməliyin arasında idim. Olub-bitənləri mən də hər kəs kimi sadəcə müşahidə edirdim. O zaman Qarabağda kəndlərə erməni hücumları haqda qara-qara hekayələr yeni yaranırdı. Həmin xəbərlərdə deyilirdi ki, meşələrdə gizlənən erməni saqqallıları gecələr kəndlərə hücum edərək azərbaycanlıları öldürür, evləri qarət edir. Onda artıq bizim camaatı Əsgəranda, Xankəndində avtobuslarda ermənilər gündüz daşa tutur, gecə isə silahla öldürürdülər. Onda biz baş verənləri hekayə kimi görəndə artıq ilk erməni silahlı dəstələri yaradılmışdı. O zaman bu xəbərlər yayılanda biz hələ əslində nə baş verdiyini anlamır, böyük oyunu görə bilmirdik. Azərbaycan xalqı elə siyasi cəhətdən mənimlə yaşıd idi – uşaqlıqdan yeniyetməliyə yeni keçirdik.

25 il əvvəl Qarakənd faciəsi baş verəndə də hava elə bu günkü kimi idi. Soyuq və şaxtalı havada küçədə, həyətdə bu hadisəni danışırdılar. Çoxuna görə ona qədər olanlar bir məhəllə davası, tayfa, qövm düşmənçiliyi idi. Amma 20 noyabrda ilk dəfə vertolyot vurulmuşdu, bu, artıq müharibənin ilk əlamətləri idi. Ölkənin və sovet dövlətinin rəsmi şəxslərinin olduğu vertolyot vurulmuşdu. Gözləmədiyimiz müharibə bizi yaxalayırdı, biz isə hiss etmirdik. Qarabağda qanlı müharibə 20 noyabrdan başlandı.

Ona qədər bizim camaat yığışıb Ağdamdan Xankəndinə yürüş etmək istəyəndə, gecələr kənd kənarlarında təkər yandırıb “gecə hücum edəcək erməni” gözləyəndə və ya “dağdakı qohum-əqrəbanı” görmək üçün getdiyi avtobuslar daş-qalaq edilib, gülləyə tutulanda bizim camaat hələ bu olanların böyük qanlı müharibə olduğunun fərqində deyildi. Yadımdadır, 1991-ci ilin yayında atamla qardaşım Laçına qohumlarımızgilə getmişdi, qayıdanda avtobus Xankəndi ərazisində ermənilərin hücumuna məruz qalmışdı, daşlamışdılar, arada gülləyə tutmuşdular. Yaralananlar olmuşdu. Amma o zaman biz azərbaycanlılar bu olayları təhlükə kimi görmürdük. Hələ Xocalı və digər olaylar baş verməmişdi, qorxu yox idi. Qarabağda böyük müharibə soyuq 20 noyabr günündən başladı…

İndi aradan 25 il keçib. Yenə noyabrın 20-si eyni sazaqda üşüyürük, iqlim dəyişməyib. Amma dəyişməyən yalnız iqlim deyil. Biz də dəyişə bilmədik. Sonrakı 3 ili müharibə ilə keçdi, çoxlu sayda insanlarımızı və torpaqlarımızı itirdik. Qarabağın kəndlərində erməni təxribatına qarşı səfərbər olmağa çalışırdıq, amma bir də ayıldıq ki, Qarabağla birlikdə daha 7 rayonu itirmişik.

Amma təkcə torpağı itirmədik, ötən dövrdə biz 10 illik neft bumunu da yaşadıq. Ölkəmiz 2000-ci illərin əvvəllərində Ümumdaxili Məhsulun (ÜDM) artımına görə dünya ikincisi oldu. Böyük neft pulları gəldi. Amma bu dövrü də arxada qoyduq, indi baxanda bir an kimi görünən o illərdə. Ötən 25 il bizim üçün daha neçə-neçə itirilmiş fürsətlərlə zəngindir.

Əsrin 4/1-ü çox sürətlə gəlib keçdi. Ötən illərə baxanda əlimizdə olan yalnız bir uğur var: müstəqillik. Azərbaycan artıq 25 ildir müstəqildir, içərisində hər nə qədər travma, sıxıntı, məğlubiyyət yatsa da, bu faktın özü ümid qaynağıdır. Bir yerdən başlamaq üçün fürsətdir. Artıq əsrin 4/1-i qədər ömrü olan bir müstəqil dövlətimiz var. Deməli, haradasa sıfırdan da başlamaq üçün 25 il əvvəlkindən daha yaxşı durumdayıq.
Kenan Rovşenoğlu

Yorumlar