Dünya Türklüğü İran’ı emperyalizme teslim etmeyecek çünkü İran Türklerindir!

Putin Trump görüşmesi hakkında

Irak büyük ve tehlikeli olaylara gebe mi

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Ərdoğan sünni dünyasının liderliyini ələ almağa çalışacaq

Türkiye 12 Nisan 2017
859

Türkiyədə 5 gün sonra referendum keçiriləcək və hardasa 55% səslə EVETlə Konstitusiya dəyişəcək, 2014-cü ildən bu yana olan faktiki vəziyyət rəsmi hala keçəcəkdir. Türkiyə nə itirəcək, nə də qazanacaq (beynəlxalq təşkilatların rəyinə görə Türkiyə demokratiya adına 2013-dən bu yana xeyli geriləmişdir). Lakin parlamentin hökümət üzərində nəzarət səlahiyyətlərinin itməsi səbəbiylə şəffaflıq azalacaq, korrupsiya artacaqdır.
Ərdoğan ölüm cəzasını gətirəcəkdir. Onu darbecilərə (geriyə qüvvəli) tətbiq etməyə çalışacaqdır, bunlara görə Türkiyənin Avropa Şurasından çıxarılması gündəmə gətiriləcəkdir. Hal-hazırda Türkiyə, əleyhinə olan AİHM qərarları ilə 2-ci yeri saxlayacaqdır (Rusiya 1-ci yerdədir, əhalisi çox olduğuna görə, Türkiyə ondan qabağa çıxa bilməyəcəkdir).
Sonra nə olacaq: tipik bir Yaxın Şərq rejiminə çevrilmiş Türkiyədən xarici investisiyalar çıxacaq, Qərbdəki müttəfiqlər daha da uzaqlaşacaq, lakin Türkiyə İrak Kürdistanını de-fakto tanıyacaq, ABŞ ilə münasibətləri davam etdirəcəkdir. Almaniya və digər Avropa dövlətləri ilə münasibətlər isə kəskin şəkildə pozulacaqdır.
Rusiya da, indi olan kimi çox da yaxına buraxmayacaq. Ərəblər bir miqdar sərmayə yatırıb sonra duracaqlar. 2023-ə qədər iqtisadiyyat ayaqda qalsa da, sonradan vəziyyət bir qədər çətinləşəcəkdir. Pozulan iqtisadi vəziyyətin təhlükələrini aradan qaldırmaq üçün, və xalq üzərində nəzarəti itirməmək üçün hökümət xarici düşmən və onların ölkədəki agentlərin axtarışını gücləndirəcək (qərb, israil və iran düşmənçiliyinə üstünlük veriləcək), dini motivlərə, islam birliyinə çağrışları gücləndirəcəkdir. Erdoğan sünni dünyasının liderliyini ələ almağa çalışacaq (buna daha əvvəl cəhd elemişdi), bu səbəblə ərəb hökümətləri ilə arası pozulacaqdır.
Yavru vatan Kıbrısı birləşdirmə və ata vatan Azərbaycanda təsiri artırma cəhdləri artacaqdır. Şimali Kıprıs cənubla birləşməyəcəkdir. İranla qarşıdurma daha da artacaqdır.
Parlamentdən çıxarılan kürdlər silahlı mübarizəni gücləndirəcək. Lakin yaxın 5 ildə kürdlər muxtariyyət adına bir şeyə nail ola bilməyəcəklər. Güneydoğuda uzun müddət OHAL qüvvədə qalacaqdır. Güneydoğu boşalacaq, onların əvəzinə orda müəyyən qədər Süriyəlilər yerləşdiriləcəkdir.
Süriyəlilərə vətəndaşlıq veriləcək, işsizlik dərəcəsi daha da artacaqdır. Digər tərəfdən özəlliklə sol görüşlü insanların ölkədən köçməsi artacaqdır.
Erdoğanın pozulan iqtisadi vəziyyətin qarşısında, 2018-ci ildə parlamenti buraxaraq yenidən seçki keçirmə ehtimalı var. 2018-də və 2019-da o bir daha Prezident kimi seçiləcəkdir.

Fərhad Mehdiyev
Tərəfdar.az

Yorumlar